...

Lokal əməliyyat, qlobal əhəmiyyət: Azərbaycanın antiterror tədbirlərinin XRONİKASI

Siyasət Materials 19 Sentyabr 2024 08:00 (UTC +04:00)
Lokal əməliyyat, qlobal əhəmiyyət: Azərbaycanın antiterror tədbirlərinin XRONİKASI
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il sentyabrın 19-da erməni silahlı birləşmələrinin terror aktlarından və təxribatlarından sonra Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri başlatdı.

Azərbaycan ordusu 24 saatdan az müddətdə üçtərəfli bəyanatın müddəalarının təmin olunmasını, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasını, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsini təmin etdi.

Trend lokal xarakterli antiterror tədbirlərinin xronikasını təqdim edir:

- Xocavənddə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” markalı yük avtomobili minaya düşdü;

- Dövlət Təhlükəsizliyi Xidməti Xocavənddəki mina terrorunda AAYDA-nın iki əməkdaşının həlak olduğunu və bununla bağlı cinayət işinin başladığını bəyan etdi;

- Ağdam istiqamətində mövqelərimiz atəşə tutuldu;

- Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu;

- Qeyri-qanuni erməni silahlı dəstələri Tbilisi-Bakı təyyarəsinə radiomaneə tətbiq etdi;

- Erməni təxribat-diversiya qrupu 4 polis əməkdaşının həlak olması ilə nəticələnən terror aktı törətdi. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri bununlar bağlı birgə məlumat yaydı;

- Xarici İşlər Nazirliyi ermənilərin Xocavənddə törətdiyi terror aktı ilə bağlı bəyanat yaydı;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralandı;

- Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı;

- Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirinin məqsədi açıqlandı;

- Antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı;

- Qanunsuz erməni silahlı birləşmələrinə aid TOR zenit-raket kompleksi məhv edildi;

- Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutdu;

- Ağdərədə qanunsuz erməni silahlı birləşmələrinə məxsus elektron döyüş məntəqəsi məhv edildi;

- Kərkicahan-Xəlfəli yolunda Ermənistan ordusunun postu məhv edildi;

- Xarici İşlər Nazirliyi bəyanat yaydı;

- Azərbaycan Müdafiə Nazirliyindən Qarabağdakı mülki əhaliyə çağırış etdi;

- Erməni əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində humanitar dəhliz yaradıldı;

- Separatçılara məxsus “Mortira” RMS-in məhvedilmə görüntüləri yayıldı;

- Azərbaycan XİN erməni mülki əhaliyə müraciət etdi;

- Separatçıların "başçılarının" Xankəndidə xəstəxanada gizləndiyi barədə məlumatlar yayıldı;

- Antiterror tədbirləri barədə səsgücləndirici vasitələrlə Xankəndi sakinləri xəbərdar edildi;

- Ermənistan silahlı qüvvələrinin 4-cü atıcı briqadasına sarsıdıcı zərbə endirildi;

- Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinin məhv edilməsi ilə bağlı Müdafiə Nazirliyi məlumat yaydı;

- Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı oldu;

- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə yayılan məlumatların tamamilə yalan olduğunu, dezinformasiya xarakteri daşıdığını açıqlayıb;

- Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri arasında telefon danışığı olub;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti atəş nöqtələri məhv edildi;

- Mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlandı;

- Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək bəyanatı yaydı;

- Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazdı;

- Azərbaycanda "Tiktok"un fəaliyyəti məhdudlaşdırıldı;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edildi;

- Müdafiə Nazirliyi brifinq keçirdi;

- DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirdi;

- Antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərdə erməni mülki şəxslərə məlumat vərəqələri paylanıldı;

- Ermənistan silahlı qüvvələrinin Şuşaya atəşi nəticəsində mülki şəxs həlak oldu;

- Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus sursat anbarı məhv edildi;

- DİN dezinformasiya xarakterli məlumatlarla bağlı əhaliyə çağırış etdi;

- DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi;

- Erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirildiyi açıqlandı;

- Dövlət Sərhəd Xidməti dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraitinin tam nəzarətdə olduğunu açıqladı;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti sığınacaq və döyüş texnikası məhv edildi;

- Rusiya öz sülhməramlıları üçün Qarabağda heç bir təhdidin olmadığını açıqladı;

- Ermənistanın hərbi təyinatlı radiotexniki qovşağı məhv edildi;

- Hərbi attaşelər Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırıldı;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top məhv edildi;

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yaydı;

- Rəsmi Bakı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirdi;

- Dünya azərbaycanlılarından antiterror tədbirləri ilə bağlı bəyanat yaydı;

- Müdafiə Nazirliyi brifinq keçirdi;

- Azərbaycan XİN Fransa XİN-in bəyanatını qətiyyətlə rədd etdi;

- Azərbaycan XİN Aİ-nin bəyanatına cavab verdi;

- Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət etdi;

- Xankəndi-Xocalı yolunun kənarında Ermənistan SQ birləşmələrinə məxsus anbar məhv edildi;

- Türkiyə XİN Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinə aid bəyanat yaydı;

- Müdafiə Nazirliyi daha bir brifinq keçirdi;

- Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırdı;

- Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçdi;

- Separatçılar mülki şəxsləri hərbi təyinatlı obyektlərə cəlb etdi;

- Rəcəb Tayyib Ərdoğan BMT-də Azərbaycanın atdığı addımları dəstəklədi;

- Ermənistanın məhv edilən texnikasının sayı açıqlandı;

- Anar Eyvazov bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildiyini bildirdi;

- Müdafiə nazirliyi mülki şəxslər və heç bir mülki obyektin hədəfə alındığını vurğuladı;

- Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı Ermənistan silahlı qüvvələrini təslim olmağa çağırdı;

- Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət etdi;

- Azərbaycanın Fransadakı səfiri xarici jurnalistləri Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı məlumatlandırdı;

- Ceyhun Bayramov Hakan Fidanla görüşdü;

- Müdafiə Nazirliyi Xankəndinin Silahlı Qüvvələrimiz tərəfindən atəşə tutulmasının yalan olduğunu açıqladı;

- Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdamda mülki şəxsi atəşə tutdu;

- Müdafiə nazirliyi “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarların yalan olduğunu bildirdi;

- Qarabağdakı antiterror tədbirlərinin yeni görüntüləri yayıldı;

- Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırdı;

- Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonundakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib;

- Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatların yalan olduğunu açıqladı;

- Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti artilleriya qurğusu sərrast atəşlə məhv edildi;

- Azərbaycan parlamenti antiterror tədbirləri barədə beynəlxalq ictimaiyyətə müraciət etdi;

- Azərbaycan və İsveçrənin XİN başçıları regionda baş verən son prosesləri müzakirə etdilər;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeyi ehtiyat sursatla birlikdə zərərsizləşdirildi;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus artilleriya qurğuları zərərsizləşdirildi;

- ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi;

- Lokal xarakterli antiterror tədbirləri uğurla davam etdiyi açıqlandı;

- Ermənistan qüvvələrinə məxsus zirehli döyüş texnikasının məhv edilməsinin görüntüləri yayıldı;

- Prezident İlham Əliyev antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtini açıqladı;

- Prezident İlham Əliyev antiterror tədbirləri zamanı mülki əhalinin hədəfə alınmadığını açıqladı;

- Separatçıların hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilməsinin görüntüləri yayıldı;

- Müdafiə Nazirliyi növbəti brifinqini keçirdi;

- Ermənilərdən qənimət götürülən silahlar açıqlandı;

- Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter ələ keçirildi;

- Müdafiə Nazirliyi sülhməramlı kontingentə vəzifələrini icra etmələri üçün zəruri şəraitin yaradıldığını açıqladı;

- Ermənilər dinc əhalini silahlandıraraq döyüşə cəlb etdi;

- Mülki obyektlərə dəymiş ziyanı müəyyən etmək məqsədilə ekspertizalar təyin edildi;

- Baş Prokurorluq və DİN brifinq keçirdi;

- Şuşa gecə boyu atəşə tutuldu, strateji obyektlər zərər gördü, şəhərin işıqlandırılmasında fasilələr yarandı;

- Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinə xəbərdarlıq etdi;

- Təpəkənddəki hərbi hissə yerlə-yeksan edildi;

- Erməni silahlı birləşmələri səngərlərdən qaçdı;

- Müdafiə Nazirliyi Silahlı Qüvvələrimizin Xankəndi şəhərinə atəş açmadığını vurğuladı;

- Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu;

- Müdafiə Nazirliyi brifinq keçirdi;

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcəyini açıqladı;

- MN Ermənistan silahlı qüvvələrinin birləşmələri silah-sursat və ağır texnikanı təhvil verəcəyini açıqladı;

- Qeyri-qanuni erməni silahlı dəstələri təslim oldu;

- Ermənistan SQ birləşmələrinin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürüldü;

- Ermənistan SQ-ə məxsus son şəxsi heyət döyüş mövqeyini tərk etdi;

- Qarabağdakı separatçıların təslim olması ilə bağlı qoşunlara müvafiq tapşırıq verildi;

- Ermənistan SQ birləşmələrinin hərbi qulluqçuları təşviş içində döyüş mövqelərini tərk etdilər;

- Prezident İlham Əliyev xalqa müraciət etdi.

Beləliklə, 2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi.

Cəmi 24 saatdan əz müddətdə erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olundular. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi.

Xəbər lenti

Xəbər lenti