Bakı. Trend:
Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinə yeni müdir təyin edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəcanama əsasən, Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib. Bu vəzifəyə qədər o, İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsini icra edirdi.
Qeyd edək ki, İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib.