...

Milli Məclis Azərbaycan ilə Moldova arasında yeni sazişi ratifikasiya etdi

Siyasət Materials 8 Oktyabr 2024 12:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Azərbaycan ilə Moldova arasında sazişi ratifikasiya edib.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı bildirilib ki, qeyd olunan saziş iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti