Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 10-na olan xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib
- Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Azərbaycan və Ermənistan Qarabağda humanitar məqsədlərlə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulub. Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib
- Gecə ərzində gərgin döyüşlər davam edib, düşmənin ağır döyüş texnikaları məhv edilib. Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutub. Xocalıdakı radilokasiya stansiyası məhv edilib.
- Düşmənin Qubadlıda "S-300"ü və digər hərbi texnikası məhv edilib.
- FHN Ermənistanın atəşləri nəticəsində Azərbaycanın mülki obyektlərində baş verən yanğınlar haqqında məlumat verib.