...

Ölkəmiz dost və qardaş ölkələrlə parlamentlərarası diplomatik əlaqələri möhkəmləndirir - Qazaxıstan rəsmisi

Siyasət Materials 7 Dekabr 2024 12:54 (UTC +04:00)
Ölkəmiz dost və qardaş ölkələrlə parlamentlərarası diplomatik əlaqələri möhkəmləndirir - Qazaxıstan rəsmisi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin yaranmasının 106-cı ildönümü münasibətilə Azərbaycan xalqını, dövlətini təbrik edirəm.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darhan Kıdırali jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycanın simvolu olan Milli Məclis bir bayraq oldu.

“Azərbaycan müstəqillik qazandıqdan sonra da xalq xilaskar Ümumilli Lider Heydər Əliyevin ətrafında toplaşaraq Azərbaycanın yüksəlməsinə bir dəstək və həqiqi hakimiyyətin olduğunu göstərmiş oldu. Qarabağdakı 44 günlük Vətən Müharibəsində Milli Məclisin rolu çox böyükdür və xalqı birliyə dəvət edərək ərazi bütövlüyünün bərpasında böyük töhfə verdi.

Biz bugünkü tədbirə dəvətə görə Milli Məclisə təşəkkür edirik. Ölkəmiz dost və qardaş ölkələrlə parlamentlərarası diplomatik əlaqələri möhkəmləndirir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti