...

Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər (FOTO) (ƏLAV OLUNUB)

Siyasət Materials 31 Mart 2025 15:15 (UTC +04:00)
Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər (FOTO) (ƏLAV OLUNUB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropada yaşayan Azərbaycanlılar Haaqada “Sülh Sarayı”nın qarşısında ədalət çağırışı ilə etiraz aksiyası keçiriblər.

Trend xəbər verir ki, Avropadakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada soydaşlarımız ölkəmizə qarşı ədalətsizliklərin, ikili standartların davam etməsinə sərt etirazlarını bildirirlər. Son vaxtlar Avropa və Niderland parlamentlərində ölkəmizə qarşı qərəzli münasibətlərə etiraz olaraq soydaşlarımız “Sülh Sarayı” qarşısında yürüş və etiraz nümayişinə çıxıblar. Bununla xaricdə yaşayan soydaşlarımız birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Nümayişçilər “Ədalət üçün ayağa qalx!”, “Azərbaycan üçün həqiqət, hamı üçün ədalət!”, "Ermənistanın işğalına yox deyək!", “Bütün dünyada tanınan Azərbaycanın haqqı!”, “Ədalət, sülh və həqiqət üçün birlikdə!”, “Beynəlxalq ədalətə qayıdaq!”, “İkili standartlara son qoyaq!”, ““Mirotvotets” siyahısına görə Ruben Vardanyana rəhm edilmir” kimi şüarlar səsləndiriblər.

Avropada yaşayan soydaşlarımız tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törətdiyini xatırladıblar. Onlar ermənilərin cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda bu soyqırımı aktlarının beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, eləcə də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayət olduğunu bildiriblər.

Nümayişçilər 1918-ci il martın 31-də 107 il əvvəl ermənilərin azərbaycanlılara qarşı törətmiş olduğu genosidin tanınmasını tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti