...

İYULUN 26-DA RAUF ARİFOĞLU VƏ ARİF HACILININ APELLYASİYA ŞİKAYƏTLƏRİNƏ BAXILACAQ

Siyasət Materials 25 İyul 2005 14:34 (UTC +04:00)

İyulun 26-da Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun üzərindən məhkumluğun götürülməsinə dair şikayətinə baxılacaq. Trend in məlumatına görə, hakim Yelmar Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda iddiaçı tərəfin vəkili çıxış edəcək, onun tələbi dinləniləcək. Qeyd edək ki, Apellyasiya Məhkəməsində R.Arifoğlunun şikayəti üzrə hazırlıq iclası iyulun 22-də keçirilib.

Müsavat Partiyası başqanının digər müavini Arif Hacılının da üzərindən məhkumluğun götürülməsinə dair şikayətinə iyulun 26-da Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Qeyd edək ki, hər iki iddiaçı 2003-cü il prezident seçkisindən sonra baş verən hadisələrlə əlaqədar həbs olunublar və 2005-ci ildə əfv fərmanı ilə azadlığa çıxıblar.

Xəbər lenti

Xəbər lenti