...

MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI II ALEKSİ ŞEYXÜLİSLAMIN FƏALİYYƏTƏ BAŞLAMASININ 25 İLLİYİ İLƏ BAĞLI KEÇİRİLƏN TƏNTƏNƏLİ MƏRASİMDƏ İŞTİRAK EDƏCƏK

Siyasət Materials 15 Avqust 2005 15:05 (UTC +04:00)

Moskva və Bütün Rusiyanın patriarxı II Aleksi Qafqaz Müsəlmanları İdarəsinin (QMİp sədri şneyxülislam Allahşükür Paşazadənin fəaliyyətə başlamasının 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edəcək. Bu barədə Trend ə QMİ-dən məlumat veriblər.

Patriarxa rəsmi dəvətnamə şeyxülislamın bu yaxınlarda Moskvaya səfəri zamanı təqdim olunmuşdu. Şeyxülislam Allahşükür Paşazade Azərbaycan prezidenti İlham Əliyev və öz adından onu Azərbaycana dəvət etmişdi. Təntənələrin bu ilin payızında keçirilməsi planlaşdırılıb.

İki dini liderin son görüşü şeyhülislamın Moskva səfəri gedişində keçirilib? O zaman şeyxülislam Qafqzada yeganə dini lider kimi II Aleksinin şəxsi qonağı kimi patriarxın fəaliyyətə başlamasının 15 illiyii münasibətilə keçirilən təntənələrdə iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti