...

RENE VAN DER LİNDEN: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN YARANMIŞ ƏLVERİŞLİ ŞƏRAİTDƏN İSTİFADƏ EDƏRƏK DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ HƏLL ETMƏLİDİR

Siyasət Materials 22 Avqust 2005 13:14 (UTC +04:00)
RENE VAN DER LİNDEN: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN YARANMIŞ ƏLVERİŞLİ ŞƏRAİTDƏN İSTİFADƏ EDƏRƏK DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ HƏLL ETMƏLİDİR

Bu gün Dağlıq Qarabağ probleminin nizamlanması üçün əlverişli şərait yaranıb. Trend in ANS-ə istinadən bildirdiyinə görə, bu bəyanatla Tbilisidən Bakıya gəlmiş AŞ PA sədri Rene van der Linden çıxış edib.

"Mən Yerevanda baş tutmuş görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni müzakirə etmişəm", - deyə AŞ PA sədri qeyd edib.

O, həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı mövqeyini yalnız Azərbaycan rəhbərliyi ilə danışıqlardan sonra bildirəcək.

Eyni zamanda R.Linden qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün regionda əlverişli vəziyyət yaranıb və tərəflər bundan istifadə etməlidir.

Xəbər lenti

Xəbər lenti