...

ƏLİ MƏNSİMLİNİN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Siyasət Materials 30 Avqust 2005 17:06 (UTC +04:00)

Avqustun 30-da "Yeni Siyasət" Seçki Blokunun təsisçilərindən biri, "Azad Demokrat Birliyi" Partiyasının sədri Əli Mənsimlinin parlament seçkisində iştirak üçün namizədliyi qeydə alınıb. Bu barədə Trend ə seçki blokundan məlumat verilib. Ə.Mənsimli 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb.

Avqustun 30-da "Yeni Siyasət" blokunun daha 5 beş namizədi qeydə alınıb. 71 saylı Masallı kənd seçki dairəsindən, 88 saylı Göyçay-Ağdaş, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər, 115 saylı Şəki kənd seçki dairələrindən "Yeni Siyasət" blokunun vahid namizədəlri qeydə alınıb. Bununla seçki blokunun qeydə alınan namizədlərinin sayı 46-ya çatıb.

Xəbər lenti

Xəbər lenti