...

"İSLAHAT" BLOKU YENİ AZƏRBAYCAN PARTİYASINA GÖRƏ NAMİZƏDLƏRİNİN SAYNI ARTIRA BİLMƏYİB

Siyasət Materials 2 Sentyabr 2005 14:29 (UTC +04:00)

"İslahat" seçki blokundan 36 namizəd qeydə alınıb". Bu barədə Trend agentliyinə iqtidaryönlü partiyaların "İslahat" seçki blokunun təsisçilərindən olan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib.

Onun sözlərinə görə bu say çox da ola bilərdi: "Amma hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki siyahısını gec açıqladığı üçün biz dairələri müəyyənləşdirməkdə çətinlik çəkdik. Çünki əvvəlcədən qərara almışdıq ki, YAP-ın vahid seçki siyahısında olan namizədlərlə eyni dairədən təmsil olunmayacağıq. Ancaq sonradan bu qərar bəzi dairələrdə pozulub".

M.Əlizadə onu da bildirib ki, "İslahat" blokundan namizədliyi qeydə alınan şəxslər təbliğat xərclərini özləri çəkəcəklər. Hər bir namizədin təbliğatı üçün nə qədər vəsait tələb olunduğunu söyləməkdə çətinlik çəkən partiya sədri: "O baxır nəmizədin cibinə. Məsələn, Azad Respublikaçılar Partiyasının (ARP) sədri Kamil Seyidov təbliğatı üçün 5000 dollar xərcləyəcək. Digər partiya sədrləri isə 500-600 dollar", - deyə bildirib.

Təbliğat vasitələrinin hazırlanmasına blokun mərkəzləşdirimiş məntəqəsindən nəzarət ediləcəyini qeyd edən M.Əlizadə bunun üçün "Adiloğlu" nəşriyyatı ilə müqavilə də bağlandığını bildirib.

"İslahat" blokunun rəhbərliyi sentyabrın 6-da seçkilərlə bağlı mətbuat konfransı keçirməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti