...

GUAM ÖLKƏLƏRİNİN XİN BAŞÇILARI NYU-YORKDA GÖRÜŞƏCƏKLƏR

Siyasət Materials 13 Sentyabr 2005 11:52 (UTC +04:00)

GUAM ölkələrinin XİH başçıları (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) BMT-nin Baş Assambleyasının sentyabrın 14-17-də keçiriləcək 60-cı iclası çərçivəsində Hyu-Yorkda görüşəcəklər. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən xəbər verilib.

Sentyabrın 13-ü axşam ABŞ-a yola düşmüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfər proqramı genişdir. O, Plenar iclaslarda, İqtisadi Əməkdaşlıq təşkilatının tədbirlərində iştirak etməyi planlaşdırır. Səfər çərçivəsində, həmçinin, GUAM-ABŞ əməkdaşlığına dair iclasın keçirilməsi nəzərdə tutulub.

E.Məmmədyarov İƏT-nin baş katibi Ekmeleddin İxsanoğlu, AŞ-nin xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı xanım Benita Ferrero Valdner, Bosniya-Hersoqovina, Kuba, Misir, İran, Ukrayna, Kipr, Böyük Britaniya və Belçikanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirmək niyyətindədir.

Nazir, həmçinin, BMT-nin baş katibi Kofi Annan, Cənubi Afrika Respublikası və Qabonun prezidentləri, İsveç və Çexiyanın baş nazirləri, ABŞ-ın dövlət katibi Kondoliza Rays, Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüşəcək.

Sentyabrın 13-də E.Məmmədyarov yolüstü Parisdə dayanaraq AŞ-nin Qafqaz üzrə xüsusi nümayəndəsi Heyke Talvitie ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti