...

AZƏRBAYCAN PREZİDENTİ SOFİYAYA GEDİB

Siyasət Materials 23 Sentyabr 2005 14:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Bolqarıstana ikigünlük rəsmi səfərə gedib. Trend bildirir ki, dövlət başçısını və Azərbaycanın nümayəndə heyətini hava limanında Bolqarıstan hökumətinin yüksək vəzifəli şəxsləri qarşılayıb.Görüş mərasimindən sonra prezident İlham Əliyev onun üçün xüsusi ayrılmış iqamətgaha yollanıb.

Sentyabrın 23-də səfər proqramına Bolqarıstanın prezidenti Georgi Pırvanovla təkbətək görüş, prezidentlərin iştirakı ilə geniş tərkibdə danışıqlar, ikitərəfli sənədlərin imzalanması, dövlət başçılarının birgə mətbuat konfransı, Bolqarıstan prezidentinin adından rəsmi qəbulda iştirak və digər məsələlər nəzərdə tutulur.

İmzalanmaq üçün təxminən 10 sənəd hazırlanıb.

Xəbər lenti

Xəbər lenti