...

Y.ƏLİYEV: İCAZƏSİZ KEÇİRİLƏN AKSİYALARIN QARŞISI BUNDAN SONRA DA ALINACAQ

Siyasət Materials 25 Sentyabr 2005 18:43 (UTC +04:00)
Y.ƏLİYEV: İCAZƏSİZ KEÇİRİLƏN AKSİYALARIN QARŞISI BUNDAN SONRA DA ALINACAQ

Bakıda icazəsiz keçirilməyə cəhd edilən bütün etiraz aksiyalarının qarşısı alınacaq. Trend bildirir ki, sentyabrın 25-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bu barədə jurnalistlərə bildirib.

Müxalifətin "Azadlıq" seçki blokunun metronun "28 May" stansiyası yaxınlığındakı C.Cabbarlı meydanında icazəsiz etiraz aksiyası keçirmək təşəbbüsünü şərh edərkən Y.Əliyev deyib ki, mitinq keçirənlər təxminən saat 16.00-da üç istiqamətdən meydana daxil olmağa cəhd ediblər.Amma icazəsiz aksiya iştirakçılarının bu cəhdinin qarşısı polis tərəfindən alınıb.O, əlavə edib ki, müxalifətin təxminən 20 nümayəndəsi saxlanılıb və polis məntəqəsinə aparılıb.Onlara qarşı müvafiq tədbirlər görüləcək.

Aksiya iştirakçılarını dəyənəklə qovan mülki geyimli şəxslərlə bağlı suala Y.Əliyev cavab verib ki, bunlar xüsusi təyinatlı polis nümayəndələridir və onların xüsusi əməliyyatlarda iştirak etmək hüququ vardır.

Y.Əliyev əlavə edib ki, aksiya iştirakçılarına aksiya keçirmək üçün 3 marşrut təklif olunub: "Azərneftyağ" zavodunun stadionu, Motodrom və "Qələbə" meydanı. Bu təkliflər müxalifətçilər tərəfindən rədd edilib.

Xəbər lenti

Xəbər lenti