...

Demokratik İslahatlar Partiyası parlament seçkilərinin gedişində bir sıra mənfi proseslərin olduğunu qeyd edib

Siyasət Materials 8 Noyabr 2005 20:08 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası 2005-ci il 6 noyabr parlament seçkilərinin gedişini və nəticələrini analiz edərək bir sıra müsbət dəyişikliklərlə yanaşı mənfi proseslərin də olduğunu qeyd etməyin zəruri olduğunu hesab edir. Trend in məlumatına görə, bu barədə partiyanın məlumatında bildirilir. Məlumata görə, seçkilər ölkədəki ümumi vəziyyəti, demokratik institutların yetkin olmadığını və siyasi mədəniyyətin aşağı olduğunu əks etdirdi.

"Biz hesab edirik ki, namizədlərin qeydə alınması prosesi uğurla keçdi və arzu edənlərin demək olar ki, hamısı seçkilərdə iştirak etmək imkanı, çap və elektron KİV-nə çıxış əldə etdilər. Seçki ərəfəsində prezidentin imzaladığı 2 sərəncam seçicilərin öz iradələrini ifadə etmək üçün azad və şəffaf atmosfer yaratdı. Hər şeydən əvvəl söhbət Milli Məclisə qanunvericiliyə dəyişikliklər etmək və bütün QHT-in müşahidəsinə icazə verilməsi, səsverənlərin barmaqlarının mürəkkəbə batırılması üsulunun tətbiqi barədə tövsiyyələrdən gedir", - deyə partiyanın sənədində bildirilir.

Eyni zamanda, partiya bir sıra mənfi məqamlara da diqqət verir: seçki qanunvericiliyinin yetkin olmaması seçki komissiyalarının bir partiya tərəfindən inhisarlaşmasına gətirib çıxardı; zorakılıq halları- müxalifətin hüquqa zidd fəaliyyəti və iqtidar tərəfdən həddən artıq zorakılıq göstərilməsi seçki kampaniyasının üzərinə "qara piar" ləkəsini qoydu. İnzibati orqanların və icra strukturlarının müdaxiləsi kampanyianın gedişinə təsir etdi.

Demokratik İsçlahatlar Partiyasının fikrincə, bir çox yerli və beynəlxalq təşkilatlar exit-poll keçirməyə cəhd ediblər və bir çox hallarda sorğuların keçirilməsinə vicdansız və qyeri-peşəkar kadrlar cəlb edilib, bir sıra hallarda onların nəticələri real vəziyyəti əks etdirmir.

"Biz ölkənin ciddi demokratik, eləcə də seçki sisteminin ciddi islahatlara ehtiyacı var. Hazırki seçki sistemi onun beynəlxalq standartlara cavab vermədiyini bir daha əks etdirdi. O seçki prosesində pozuntulara yol açır və seçicilərin öz iradələrini azad şəkildə ifadə etməsinə mənfi təsir göstərir", - deyə partiyanın məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti