...

Ədalət Partiyası növbəti qurultayına hazırlaşır

Siyasət Materials 1 Dekabr 2005 13:38 (UTC +04:00)

"Ədalət Partiyası növbəti qurultayını 2006-cı ilin fevral-mart aylarında keçirəcək". Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü bildirib.

E.Şükürlü onu da qeyd edib ki, qurultayda təşkilati məsələlərə də baxılacaq: "Struktur islahatlar aparılacaq. Partiyanın sədri İlyas İsmayılovun xahişi ilə sədrlikdən istefası məsələsi də qurultayda müzakirə ediləcək. Ancaq onun istefasının leyhinə heç kimin səs verəcəyinə inanmıram".

Partiya səlahiyyətlisi onu da qeyd edib ki, qurultayda partiyanın nizamnamə və məramnaməsinə bir sıra dəyişiklik və düzəlişlərin edilməsi də nəzərdə tutulub: "Qurultaya hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti