...

Bakıda sərhədlərin müəyyən edilməsi üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası işinə başlayıb

Siyasət Materials 6 Dekabr 2005 12:29 (UTC +04:00)
Bakıda sərhədlərin müəyyən edilməsi üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası işinə başlayıb

Dekabrın 6-da Bakıda dövlət sərhədlərinin müəyyən edilməsi üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası işinə başlayıb. Trend in xəbər verdiyi kimi, iclası açan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlər dinamik inkişaf edir. "Qarşılıqlı münasibətlərin mövcud potensialı və xarakteri ölkələrimiz arasında strateji tərəfdaşlıqdan danışmağa imkan verir. Azərbaycanla Rusiya regionları arasında münasibətlər uğurla inkişaf edir", - deyə nazir müavini vurğulayıb.

O bildirib ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsi məsələsi həm Azərbaycan, həm də Rusiya üçün olduqca vacibdir. Bu iş hər iki ölkənin dövlət başçılarının nəzarəti altında uğurla həyata keçirilir. X.Xələfov növbəti iclasın sərhədlərin müəyyən edilməsi məsələsinin həllində bir addım olacağına ümid etdiyini bildirib. "Sərhəddə uğurlu əməkdaşlıq və bu sistemin uğurlu fəaliyyəti hər iki ölkə arasında daha sıx əlaqələr üçün əlverişli şərait yaradır", - deyə o əlavə edib.

"Böyük işlər görülüb, biz final mərhələsindəyik", - deyə Rusiyanın xarici işlər nazirinin müavini komissiyanın həmsədri Aleksandr Yakovenko bəyan edib. Onun sözlərinə görə, tərəflər sərhədyanı rayonların da maraqlarını nəzərə almalıdır.

Komissiya işini dekabrın 9-da davam etdirəcək.

İclasda, həmçinin, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də iştirak edir.

Xəbər lenti

Xəbər lenti