...

MSK dairə seçki komissiyalarının tərkibini formalaşdırıb

Siyasət Materials 10 Fevral 2006 17:28 (UTC +04:00)

Fevralın 10-da Mərkəzi seçki komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsinin dairə seçki komissiyalarının tərkibi formalaşdırılıb.

Qeyd edək ki, DSK-nın tərkibi 9 nəfərdən ibarət formalaşdırılır. İclasda bütün DSK-nın 7 nəfər üzvü təsdiqlənib, digər üç nəfərlik yerlər isə təkrar parlament seçkilərindən sonra təsdiqlənəcək.

MSK sədrinin müavini Svetlana Qasımova10seçki dairəsinin hər birinə 3 nəfərin namizədliyi barədə məlumat verib. Onun təklifi səsə qoyularaq qəbul edilib.

MSK katibi Natiq Məmmədov "Yeni Azərbaycan" partiyasının DSK-ya namizədləri barədə məlumat verib, hər 10 dairəyə 2 nəfərin namizədliyini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

MSK üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov isə parlamentdə azlıqda qalan siyasi partiyaların namizədləri haqqında məlumat verib. Yenə də 10 dairənin hər birinə 2 nəfərin üzvlüyü təsdiqlənib. Beləliklə , MSK 10 seçki dairəsinin DSK-nın 7 nəfər üzvünü təsdiq edib. İclasda həmçinin bəzi seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibinə də dəyişiklik edilib. MSK-nın "Seçkilər" informasiya mərkəzinin direktoru İqbal Babayev bu komissiyaya üzv daxil edilib. İclasda MSK-nın 19, 24, 30 yanvar və 4 fevral 2006-cı il iclas protokolları da təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti