...

Leyla Seyidbəyova: "Azərbaycanda "quş qripi"nə yoluxmuş xəstələr qeydə alınmayıb"

Siyasət Materials 11 Fevral 2006 14:12 (UTC +04:00)
Leyla Seyidbəyova: "Azərbaycanda "quş qripi"nə yoluxmuş xəstələr qeydə alınmayıb"

Azərbaycanda "quş qripi"nə yoluxmuş xəstələr qeydə alınmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 11-də Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova məlumat verib.

Onun sözlərinə görə, tibb müəssisələrinə müraciət edən xəstələr analiz verib. İndiyədək 300 nümunə Səhiyyə nazirliyinin xətti ilə Ümumdünya Səhiyyə təşkilatının himayəsi altında olan, Qahirədəki laboratoriyalardan birinə göndərilib. "Analizlər mənfi nəticələr verib", - deyə o qeyd edib.

L.Seyidbəyova onu da bildirib ki, xəstələrin qospitallaşdırılması üçün 2 ixtisaslaşdırılmış tibb müəssisəsi ayrılıb. Bunlar ag ciyər xəstəlikləri elmi-tədqiqat institutu və 7 saylı Bakı yoluxucu xəstəliklər xəstəxanasıdır. Bu tibb müəssisələri bütün lazımi şəraitlə təmin olunub.

"Virusun daha geniş yayıldığı təqdirdə respublikanın digər xəstəxanalarından da hospital kimi istifadə oluna bilər", - deyə o vurğulyaıb. Artıq orta və ali məktəblərdə termometriyanın həyata keçirilməsi ilə bağlı sərəncam verilib.

Quş qripi ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi 550 qutu dərman preparatı, o cümlədən xəstələrlə təmasda olacaq həkimlər üçün xüsusi kostyumlar alıb. Lazım gəldikdə gələcəkdə əlavə kostyumlar da alınacaq.

Xəbər lenti

Xəbər lenti