...

Avropa Şurasının xarici əlaqələr üzrə komissarı Azərbaycana gələcək

Siyasət Materials 14 Fevral 2006 18:11 (UTC +04:00)

Avropa Şurasının xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner (Benita Ferrero-Waldner) fevralın 15-də bir günlük səfərlə Azərbaycana gələcək. Bu barədə Trend ə Azərbaycanın XİN-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfər proqramına görə, qonaq Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul olunacaq. Görüşlərdə Avropa Şurası ilə Azərbaycan arasında, ilk növbədə siyasi sahədə əməkdaşlığın inkişafı məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Qekyd edək ki, B.Ferrero-Valdner Bakıya Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində gəlir. Danışıqların əsas mövzusu "Avropa Qonşuluğu Siyasəti" təşəbbüsü çərçivəsində Fəaliyyət planının, "dondurulmuş" münaqişələrin nizamlanması və enegetika təhlükəsizliyi məsələləri olacaq.

Xəbər lenti

Xəbər lenti