...

Bu gün Gəncənin Kəpəz rayonunda hesabat yığıncağı keçirilib

Siyasət Materials 20 Fevral 2006 18:30 (UTC +04:00)

Bu gün Gəncənin Kəpəz rayonunda ötən ilin hesabat yığıncağı keçirilib. Tədbirdə prezident aparatının məsul işçisi Habil Məmmədov və şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.

Yığıncaqda ötən il rayonda görülən işlər barədə söhbət aparılıb. Rayon icra hakimiyyətinin başçısı Çingiz Muxtarov vurğulayıb ki, ərazidə yerləşən ən böyük müəssisə olan Gil-torpaq İstehsalat sahəsi ötən illərə nisbətən 2005-ci ildə istehsal həcmini 34,5% artırıb, işçilərin sayını 2756 nəfərə çatdırıb. "Gəncə şərab 2" zavodunda istehsal həcmi 25,6%, Betonit zavodunda isə 18% yuksəlib. Müvafiq zavodlarda istehsal fəaliyyəti və işçilərin sayının artırılması istiqamətində ardıcıl tədbirlər görülür.

İcra başçısı fəaliyyətində nöqsanlar hiss olunan müəssisə, idarə və təşkilatların rəhbərlərinə də irad və təkliflərini bildirib, onlara cavabdeh olduqları sahələrdə 10 gün müddətində nöqsanları aradan qaldırmaq tapşırığı verib.

Xəbər lenti

Xəbər lenti