2006-cı ildə Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə 2005-ci ildəki 4,1 mln. tona qarşı 3 mln. tondan artıq neft nəql etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə fevralın 21-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.
Sənaye və energetika naziri neftin nəqlinin 3 mln. tona qaldırılmasını VTC-nın istismara verilməsinin planlaşdırılması və neftin həcminin bu yöndə maksimum istifadə olunması ilə izah edib. Lakin bu gün layihə yubanır. "Artıq boru kəmərinin istismarına başlanılması nəzərdə tutulub və əgər mayın 27-də heç bir sürpriz baş verməzsə, ilk tanker bu il mayın 27-də yola düşəcək", - deyə o bildirib.