...

"Azəriqaz" QSC borcunu ödəməyənlərə qaz verilməsini dayandıracaq

Siyasət Materials 24 Fevral 2006 14:51 (UTC +04:00)
"Azəriqaz" QSC borcunu ödəməyənlərə qaz verilməsini dayandıracaq

2005-ci ildə "Azəriqaz" QSC əsaslı inşa və təmir işlərinə təxminən 100 mlrd. manat sərf edib və bunun nəticəsində qaz kəmərlərinin 180 km-də işlər aparıb. Trend bildirir ki, fevralın 24-də keçirilmiş mətbuat konfransında QSC rəhbəri Əlixan Məlikov bu barədə bəyan edib. Ötən il 25 rayonun 85 yaşayış məntəqəsində qazla bağlı işlər təmin edilib. Bu, 43 min abunəçini əhatə edir.

2005-ci ildə SC ölkənin dövlət büdcəsinə 120 mlrd. manat, Sosial müdafiə fonduna 19 mlrd. manat köçürüb, 68 mlrd. manat qurum əməkdaşlarının əmək haqqı kimi, 100 mlrd. manat Naxçıvan Muxtar Respublikasının (NMR) qazla təchizatı layihəsinə və 18 mlrd. manat alınmış kreditlərin ödənməsinə ayrılıb.

Ə.Məlikov qeyd edib ki, əhaliyə verilən qaza görə yığımlar xeyli azalıb. 2004-cü ildə bu həcm 73,7% təşkil edib, halbuki 2005-ci ildə bu, 48,9%-dək azalıb. Verilən qazın ödənişi ilə bağlı problem yalnız əhali arasında müşahidə olunur. Bütün qalan istehlakçılar - sənaye, kommersiya və büdcə təşkilatları qazın tədarükünə görə ödənişi 100% yerinə yetirir. Əhalinin ödənişləri yerinə yetirməməsi təqdirdə "Azəriqaz" qaz verilməsini dayandırmaq niyyətindədir. Bundan başqa, Məlikov bildirib ki, SC qazın hesablanma və verilməsi ilə bağlı avadanlıq işinə qeyri-qanuni müdaxilədə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsinə dair təkliflərlə ölkə parlamentinə müraciət etmək niyyətindədir. Onun sözlərinə görə, belə sistem bir çox ölkələrdə mövcuddur.

Xəbər lenti

Xəbər lenti