Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Avropa Parlamentinin Avropa üzrə Liberallar və Demokratlar Alyansı (ALDE) siyasi qrupunun rəhbəri Qrexem Uotsonla görüşüb. Bu barədə Trend ə DİP sədri Asim Mollazadə bildirib.
Görüş zamanı ölkədə ictimai-siyasi vəziyyət, Azərbaycan-Avropa Birliyi və DİP-in Avropa liberal partiyalarla münasibətləri müzakirə olunub. A.Mollazadə bildirib ki, geniş müzakirə obyekti isə Avropa Birliyinin məlum "Azərbaycanda mədəni irs" adlı sənədin qəbul olunması olub: "Sənədin əsassız və böhtan xarakteri daşıdığını avropalı liberalların nəzərinə çatdırdım".
A.Mollazadə onu da vurğulayıb ki, bu istiqamətdə müəyyən addımlar atmalı və milli mənafeyi Avropa Birliyində daha yaxşı müdafiə etməliyik.