...

Abbas Abbasov: Ukrayna prezidentinin Azərbaycana səfəri çərçivəsində beş sənəd imzalanacaq

Siyasət Materials 15 Mart 2006 19:40 (UTC +04:00)
Abbas Abbasov: Ukrayna prezidentinin Azərbaycana səfəri çərçivəsində beş sənəd imzalanacaq

Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı beş sənədin imzalanması planlaşdırılır. Trend bildirir ki, martın 15-də baş nazirin birinci müavini Abbas Abbasov bu barədə jurnalistlərə bəyan edib.

Azərbaycanın Nazirlər Kabinetində Trend ə bildirilib ki, Ukrayna dövdət başçısının Azərbaycana səfəri çərçivəsində aşağıdakı sənədlər imzalanacaq: "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair", "Bitki növlərinin dövlət təcrübəsi və mühafizəsi sahəsində", "Diplomatların hazırlanması haqqında", "ARDNŞ və Ukrayna Naftaqaz arasında qarşılıqlı əməkdaşlığa dair" hökumətlərarası sazişlər və siyasi bəyannamə.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stepan Volkovetski Trend ə bildirib ki, V.Yuşenkonun səfəri təqribən aprel ayında baş tutacaq. "Biz bu səfərin martda keçirilməsini nəzərdə tutmuşuq. İndi Azərbaycan tərəfindən cavab gözləyirik" - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, hazırda hər iki tərəf qarşıdakı səfər zamanı imzalanacaq sənədlərin siyahısını və məzmununu işləyib hazırlayır. Şübhəsiz ki, təkliflərin bir hissəsi gerçəkləşdiriləcək, belə ki, səfər müvafiq sənədlər imzalanmadan yüksək səviyyəli hesab oluna bilməz.

"Düşünürəm ki, bu sənədlər hər şeydən öncə iqtisadi, siyasi sahələr kimi müxtəlif qarşılıqlı fəaliyyət sahələrinə aid olacaq. Söhbət enerji daşıyıcılarından da gedə bilər. Bundan başqa, sənədlər arasında bizim münasibətlərimizin əsası olan siyasi və humanitar tərkibli sənədlər də olacaq" - deyə S.Volkovetski bildirib.

Xəbər lenti

Xəbər lenti