...

İmam Xomeyni adına "İmdad" Komitəsi aztəminatlı ailələrə humanitar yardım edir

Siyasət Materials 17 Mart 2006 17:17 (UTC +04:00)

Trend-i buradan izləyin

Martın 16-da İmam Xomeyni adına "İmdad" Komitəsi Bakıya 130 ton humanitar yardım göndərib. Trend in verdiyi məlumata görə, mərasimdə iştirak edən İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bəyan edib ki, 7 iri tonnajlı maşınla gətirilən yükün dəyəri təxminən 300 min dollardır.

Yardım 35 min ton bitki yağından, 40 ton makarondan, 40 ton düyüdən, 30 min yuyucu tozdan və 1 ton dərman preparatından ibarətdir. Yardım ölkənin müxtəlif yerlərindəki qaçqınlara və məcburi köçkünlərə, aztəminatlı və şəhid ailələrinə, əlillərə paylanılacaq.

Bu aksiya, səfirin sözlərinə görə, Azərbaycan tərəfinə "İmdad" Komitəsi tərəfindən göstərilən müntəzəm yardım silsiləsindəndir. Sonuncu dəfə belə bir yardım təxminən 3 ay əvvəl həyata keçirilib. Ə.Süleymaninin sözlərinə görə, Komitə bu yardımla yanaşı kiçik biznes-qrantların verilməsi yolu ilə sahibkarlığın inkişafına yardım da göstərir.

Xəbər lenti

Xəbər lenti