...

Azərbaycan prezidenti AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsi sədrinin müavinini qəbul edib

Siyasət Materials 22 Mart 2006 16:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 22 -də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi məsələlər və insan hüquqları komitəsi sədrinin müavini, AŞPA-nın Monitorinq Komitəsinin üzvü Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend məlumat yayıb.

Görüş zamanı dövlət başçısı E.Lintnerlə Bakıda və Strasburqda keçirilən görüşləri məmnuniyyətlə xatırladıb. Prezident İ.Əliyev bildirib ki, Azərbaycanla Avropa Şurası arasında münasibətlər yüksək səviyyədədir və bu təşkilatla əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Öz növbəsində, E.Lintner Azərbaycan prezidentinin bu strukturla əlaqələrin inkişafı məsələləri üzrə mövqeyini yüksək qiymətləndirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti