...

Gələn il Rusiya MDB ölkələri üçün təbii qazın qiymətini qaldıra bilər

Siyasət Materials 28 Mart 2006 15:17 (UTC +04:00)
Gələn il Rusiya MDB ölkələri üçün təbii qazın qiymətini qaldıra bilər

"Mən şübhə etmirəm ki, gələn il Rusiya MDB ölkələri üçün qazın qiymətini qaldıra bilər". Trend in xəbər verdiyi kimi, bu barədə martın 28-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bəyan edib. Buna görə də Azərbaycan İranla ildə 1 mlrd m3 qazın alınması ilə bağlı danışıqlar aparır. "Bu, Rusiya tərəfi ilə daha çevik danışıqlar aparmağa imkan verəcək", - deyə nazir qeyd edib. Bundan başqa, İrandan qazın alınması ölkədə bu məhsula olan tələbatı ödəmək üçün respublikaya qaz tədarükünün alternativ istiqamətlərini inkişaf etdirməyə imkan verəcək.

Hazırda Azərbaycan İranla enerji mübadiləsi aparır, bu ölkənin Naxçıvan MR-ə tədarük etdiyi qazın həcminin ödənilməsi üzrə əməliyyatlar həyata keçirilir, bu həcmin artırılması ilə bağlı tədbirlər görülür. Hazırda ARDNŞ və "Azəriqaz" QSC İran qazının Azərbaycana verilməsi imkanları ilə bağlı bu ölkə ilə danışıqları davam etdirir. Yaxın vaxtlarda hər hansı razılaşma əldə oluna bilər", - deyə Natiq Əliyev bildirib.

İrandan qazın alınıb-alınmaması bu məhsulun qiymətindən asılı olacaq. 2003-cı ilin qışında Gürcüstan İran qazını Azərbaycandan tranzit vasitəsilə 110-120 dollara alıb. Əgər İran qazı Azərbaycana ucuz başa gələrsə, bu, ölkənin tələbatını daha səmərəli şəkildə ödəməyə imkan verəcək.

Bundan başqa, Azərbaycan tranzit ölkə kimi də çıxış edə bilər. İran isə Gürcüstana, o cümlədən bu ölkə vasitəsilə Ukrayna və digər ölkələrə qaz tədarük etmək niyyətindədir.

Azərbaycanın qaz proqramına əsasən, ARDNŞ 2-3 il ərzində qaz hasilatının həcmini ildə 2 mlrd. m3 artırmaq niyyətindədir. Nazirin sözlərinə görə, hazırda Azərbaycan nəinki "Şahdəniz" qaz-kondensat yatağında qaz ehtiyatına malikdir, hətta "Günəşli", "8 Mart", "Bahar" və digər yataqlarda da böyük ehtiyatlar var. Bu gün Azərbaycanın bu yataqlardan hasilatı artırmaq üçün kifayət qədər imkanı var.

Xəbər lenti

Xəbər lenti