...

Seçkidə iştirak edən namizədlərin sayı 145 nəfərdir

Siyasət Materials 30 Mart 2006 16:46 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edən namizədlərin sayı 145 nəfərə enib. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Martın 30-da 38 saylı Nizami-Gəncə ikinci seçki dairəsindən bir nəfər namizədliyini geri götürüb. Ondan əvvəl isə 110 saylı Zaqatala seçki dairəsindən bir namizəd seçkidə iştirakdan imtina edib. Ümumilikdə namizədliyi qeydə alınmış 154 nəfərdən hazırda 145 nəfər namizəd seçkidə iştirak edir.

Xəbər lenti

Xəbər lenti