...

QHT-lərin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsi geniş fəaliyyət proqramı hazırlayıb

Siyasət Materials 3 Aprel 2006 15:10 (UTC +04:00)

Qeyri-hökumət təşkilatlarının Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsi geniş fəaliyyət proqramı hazırlayıb. Bu barədə Trend ə Şəbəkənin koordinatoru, Korrusiyaya Qarşı Mübarizə Komissiyasının rəhbəri Əliməmməd Nuriyev məlumat verib. O, bildirib ki, yaxın zamanlarda proqramın təqdimat mərasimi keçiriləcək.

Ə.Nuriyevin sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin əsas məqsədi cəmiyyətin korrupsiyaya qarşı mübarizədə iştirakını təmin etməkdir: "Çünki cəmiyyətin iştirakı olmadan korrupsiya ilə mübarizə aparmaq mümkün deyil. Həmçinin Şəbəkənin funksiyaları korrupsiyaya qarşı mübarizəyə dair cəmiyyətdə maarifləndirmə, məlumatlandırma və monitorinq işləri aparmaqdır. Bu məsələlərin həllinə yönəlmiş fəaliyyət proqramı həm də müxtəlif sahələr üzrə korrupsiyaya qarşı mübarizənin əlaqələndirilməsini nəzərdə tutur. Yaxın vaxtlarda proqramı ictimaiyyətə təqdim edəcəyik. Həmçinin bizim proqramdan irəli gələn layihələr də həyata keçiriləcək".

Xəbər lenti

Xəbər lenti