...

Paytaxt ərazisində "Sərxoş sürücü təhlükə mənbəyidir" devizi altında təhlükəsizlik aylığı keçirilir

Siyasət Materials 18 Aprel 2006 16:38 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən paytaxt ərazisində "Sərxoş sürücü təhlükə mənbəyidir" devizi altında növbəti dəfə təhlükəsizlik ayının keçirilməsinə start verilib. Trend in xəbərinə görə, bu barədə aprelin 18-də DYP əməkdaşları tərəfindən keçirilən mətbuat konfransında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təmini və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, təhlükəsizilik ayı aprelin 15-dən mayın 15-dək nəzərdə tutulub. Təhlükəsizlik ayının keçirilməsində məqsəd sərxoş sürücülərin avtomobil idarə etməsinin və yol hərəkəti qaydalarının qarşısının alınmasıdır.

2006-cı ilin birinci rübü ərzində Bakı şəhəri ərazisində 327 yol-qəza hadisəsi baş verib. Nəticədə 92 ölüm, 321 müxtəlif dərəcədə bədən xəsarəti alınıb. Bu hadisələrdən 94-ü toqquşma, 7-si nəqliyyat vasitəsinin aşması, 27-si avtomaşınların maneəyə vurulması olub. Bu hadisələr əsasən aeraport şosesində, Babək, Z.Bünyadov, Q.Qarayev, Azadlıq, H.Əliyev prospektlərində və Şərifzadə küçəsində qeydə baş verib.

"Hadisələr əsasən nəqliyyat vasitələrinin sürücülər tərəfindən yüksək sürətlə idarə olunması nəticəsində baş verib. Avtobus sürücüləri tərəfindən 44 yol-qəza hadisəsi baş verib nəticədə 11 nəfər dünyasını dəyişib, 46 nəfər isə yaralanıb" - deyə V.Əsədov qeyd edib.

V.Əsədovun sözlərinə görə, hadisələrin çox hissəsini - yəni 58,4 faizi piyadaların vurulması təşkil edir.

Xəbər lenti

Xəbər lenti