...

Asim Mollazadə: "İşğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbii sərvətlərinə vurduğu zərbə beynəlxalq qurumlar tərfindən araşdırılmalıdır"

Siyasət Materials 20 Aprel 2006 13:22 (UTC +04:00)
Asim Mollazadə: "İşğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbii sərvətlərinə vurduğu zərbə beynəlxalq qurumlar tərfindən araşdırılmalıdır"

Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, nadir ağaclardan ibarət unikal meşələr ermənilər tərəfindən istismar olunur. Bu fikirləri Trend ə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş Zəngilan, Kəlbəcər rayonlarında nadir meşələr məhv edilir. Kəlbəcərdə qızıl yataqları istismar olunur. A.Mollazadə bildirib ki, Kəlbəcərdə artıq bir şirkət beynəlxalq qanunları və prinsipləri pozaraq qızıl yataqlarının istimarı ilə məşğuldur. Millət vəkili separatçıların belə qanunsuz və təcavüzkar əməlləri ilə bağlı Avropanın bir sıra strukturlarına, beynəlxalq təşkilatlarına məlumatlar verildiyini deyib: "Strasburqda olarkən Avropanın bəzi liberal partiyalarının, Avropa Parlamentinin və Avropa Şurasının nümayəndələri ilə görüşümdə bu məsələni onların diqqətinə çatdırdım. İşğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbii sərvətlərinə, florasına, təbiətinə vurduqları zərbə mütləq beynəlxalq qurumlar tərfindən araşdırılmalı və lazımi tədbirlər görülməlidir".

Xəbər lenti

Xəbər lenti