...

Tanınmış violençel ustası Yo-Yo Ma Bakıya gələcək

Siyasət Materials 3 May 2006 16:43 (UTC +04:00)
Tanınmış violençel ustası Yo-Yo Ma Bakıya gələcək

Mayın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış violençel ustası, "İpək Yolu" musiqi layihəsinin rəhbəri, BMT-nin xoşməramlı səfiri Yo-Yo Manın iştirakı ilə konsert gözlənilir.

Trend agentliyi xəbər verir ki, "İpək Yolu" festivalı çərçivəsində Yo-Yo Ma Azərbaycan bəstəkarı Firəngiz Əlizadəyə "Böyük ipək yolu" baleti üçün musiqi sifariş edib. Əməkdaşlıq nəticəsində F.Əlizadənin "Dərviş" kompozisiyası Yo-Yo Manın Almaniyada başlamış dünya turnesinin repentuarına daxil edilib.

Turne proqramına Azərbaycan musiqiçiləri İkram Nəcəfov (tütək), Tərənə Əliyeva (kanon) və Alim Qasımov da dəvət olunub.

Azərbaycan musiqisinə valeh olan Yo-Yo Ma musiqiçilərimizlə söhbətlərində Azərbaycanın musiqi mədəniyyətilə tanış olmaq üçün ölkəyə səfər etmək istəyini dəfələrdə bildirmişdi.

Xəbər lenti

Xəbər lenti