...

Əbülfəz Qarayev: İKT ölkələri turizm nazirlərinin iclası sentyabrın 9-12-də Bakıda keçiriləcək

Siyasət Materials 3 May 2006 20:44 (UTC +04:00)
Əbülfəz Qarayev: İKT ölkələri turizm nazirlərinin iclası sentyabrın 9-12-də Bakıda keçiriləcək

İslam Konfransı Təşkilatının (İKT) ölkələri nəqliyyat nazirlərinin iclası sentyabrın 9-12-də Bakıda keçiriləcək. Bu barədə Trend agentliyinin məlumatına əsasən, turizm naziri Əbülfəz Qarayev jurnalistlərə bildirib.

Qeyd edək ki, əvvəl bu iclasın keçirilməsi iyul ayına planlaşdırılmışdı.

Nazirin dediklərinə görə, hazırda Nazirlik həmin tədbirə cidd hazırlıq görür, iclasın keçirilməsi və gündəliyi ilə bağlı lazımi sənədləri hazırlayır.

İKT ölkələri turizm nazirlərinin iclasının Bakıda keçirilməsi haqqında qərar xarici işlər nazirlərinin iclasında qəbul olunub. İKT ölkələri XİN başçıları və turizm nazirlərinin iclaslarının keçirilməsi haqqında Azərbaycanın irəli sürdüyü təklif təşkilatın bütün 57 üzvü tərəfindən bəyənilib.

Xəbər lenti

Xəbər lenti