...

İranın Bakıdakı səfirliyi Azərbaycan mətbuatında anti-İran karikaturalarının nəşrini pisləyib

Siyasət Materials 5 İyun 2006 17:11 (UTC +04:00)

İran İslam Respublikasının Bakıdakı səfirliyi ölkənin mərhum mənəvi lideri imam Xomeyninin, həmçinin İranın indiki və keçmiş prezidentlərinin ünvanına olan karikaturaların Azərbaycan mətbuatında nəşrini pisləyib. Diplomatik missiyanın iyunun 5-də Trend ə daxil olmuş məlumatında qeyd olunduğu kimi, bu cür nəşrlər söz azadlığı siyasətinə ziddir.

Bəyanatda deyilir: "Azərbaycan və İranın dost münasibətində olması şübhəsizdir. Bu iki xalqın qardaş münasibətlərində ixtilaf yaratmağa imkan verməz".

İran səfirliyi "nəşrlərin müəlliflərinin tezliklə cəzalanmasına" ümid edərək, məhkəmə prosesini müşahidə etmək hüququnu özündə saxladı.

Bununla yanaşı, İran səfirliyinin fikrincə, karikaturaların nəşri ayrı-ayrı dairələr tərəfindən dəstəklənən anti- İran təbliğatının kulminasiya nöqtəsi oldu.

Xəbər lenti

Xəbər lenti