...

Azərbaycanın milli təhlükəsizlik naziri Gürcüstan parlamentinin spikeri ilə görüşüb

Siyasət Materials 6 İyun 2006 16:06 (UTC +04:00)

Azərbaycan və Gürcüstan beynəlxalq terrorizm, insan alveri və narkobiznez ilə birgə mübarizə haqqında razılığa gəlib. Trend in Tbilisidəki xüsusi müxbiri Gürcüstan parlamentinin spikerinə istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla parlamentin spikeri Nino Burcanadze arasında əldə olunub.

Əsas müzakirə mövzularından biri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təminatı olub.

N.Burcanadze həmçinin Azərbaycan investisiyalarının cəlb olunması və onların müdafiəsi üçün xüsusi şəraitin yaradılmasını təklif edib. Tərəflər qeyd edib ki, səfərdən sonra iki ölkənin xüsusi xidmətləri arasında məlumat mübadiləsi daha da intensivləşəcək. Bu mənada terrorrizm, narkobiznes və insan alverinə xüsusi diqqət veriləcək.

Eldar Mahmudov Gürcüstanın daxili işlər naziri Vano Merabişvili ilə də danışaqlar aparıb, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti