...

Litva prezidenti Səngəçal neft terminalına səfər edib

Siyasət Materials 9 İyun 2006 16:34 (UTC +04:00)

Bakıda rəsmi səfərdə olan Litva prezidenti Valdas Adamkus "Azəri"-"Çıraq"-"Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi üçün fəaliyyətə başlamış Azərbaycan beynəlxalq əməliyyat şirkətinin Səngəçal neft terminalına baş çəkib.

BP Azerbaijan-dan Trend ə verilən xəbərə görə, terminala səfər zamanı Litva prezidenti dünyada ən iri obyektlərdən biri olan terminalın işi ilə tanış olub.

Terminalda böyük həcmli neftin dünya bazarlarına ixracı üçün nəzərdə tutulmuş Bakı -Tbilisi -Ceyhan boru kəmərinin giriş flansı yerləşir.

Xəbər lenti

Xəbər lenti