İyunun 13-də Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr başlanıb. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən xəbər veriblər.
Azərbaycan tərəfini danışaqlarda xarici işlər naziri müavini Xələf Xələfov təmsil edir. Məsləhətləşmələr zamanı ikitərəfli və beynəlxalq xarakterli məsələlərin kompleksi müzakirə ediləcək.
Məsləhətləşmələr iyunun 14-də başa çatacaq.