...

Gürcüstanın baş naziri Zurab Hoqaideli iyulun 4-də Azərbaycana səfər edəcək

Siyasət Materials 28 İyun 2006 17:53 (UTC +04:00)
Gürcüstanın baş naziri Zurab Hoqaideli iyulun 4-də Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Zurab Hoqaideli iyulun 4-də Azərbaycana işguzar səfər edəcək. Gürcüstanın energetika naziri Nika Gilaurinin bu gün brifinqdə verdiyi məlumata əsasən, səfər zamanı ən vacib məsələlərdən biri Gürcüstana "Şah-Dəniz" yatağından əlavə qazın verilməsi ilə bağlı danışıqlardır.

Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstan ekpertləri Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi çərçivəsində Gürcüstan tərəfindən əlavə qazın alınması istiqamətində aparılan işi başa çatdırıb. Ekspertlər iyulun 16-18-də Tbilisidə 2007-ci ildən güzəştli qiymətlə Cənubi Qafqaz qaz kəmərindən ən azı 1,5 milliard kub metr təbii qazın Gürcüstan tərəfindən alınması məsələsini müzakirə edib.

Ekspertlərin yekun rəyi hələ açıqlanmayıb, lakin məlumdur ki, bu rəy hər 3 ölkənin prezidentləri və müvafiq nazirlərə təqdim olunacaq. Gürcüstanın energetika nazirinin sözlərinə görə, bu məsələ Gürcüstan, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən iyulun 13-də Türkiyədə keçiriləcək görüşdə müzakirə olanacaq.

N.Gilauri deyib ki, Azərbacyan səfərindən sonra, iyulun əvvələrində Z.Hoqaideli Türkiyəyə yola düşəcək və orada analoji danışıqlar aparacaq. Gürcüstan payının Türkiyənin hesabına artırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti