...

AŞ Yerli və Regional Hakimiyyətlər Konqressinin müşahidəçiləri Azərbaycanda bələdiyyə seçkilərini izləyəcək

Siyasət Materials 28 İyun 2006 20:07 (UTC +04:00)

Avropa Şurası noyabrın 6-da Azərbaycanda keçiriləcək təkrar, yeni və əlavə bələdiyyə seçkilərini diqqətlə izləyəcək. Bu barədə, Trend xəbər verir ki, iyunun 28-də Bakıda keçirilən mətbuat konfransında AŞ Yerli və Regional Hakimiyyətlər Konqressinin (YRHK) prezidenti Halvdan Skard bəyan edib.

Onun sözlərinə görə, bü məqsədlə respublikaya YRHK-nın müşahidəçi qrupu göndəriləcək, lakin Bakıya AŞ Regional Komitəsinin nümayəndələrinin də göndərilməsi istisna deyil.

"Bələdiyyə seçkiləri İRHK tərəfindən izlənilir. Bununla yanaşı, ümummilli miqyaslı səsvermə də AŞ-nin, xüsusilə, AŞ Regional Komitəsinin səlahiyyətlərinə daxildir" - deyə H.Skard bildirib.

Xəbər lenti

Xəbər lenti