Azərbaycanın xarici işlər naziri Ramil Usubov iyulun 1-də jurnalistlərə veridyi müsahibəsində bildirib ki, ölkədəki polis ştatı ixtisara salınmayacaq.
"Son 11 il ərzində biz ölkədəki polislərin sayını dəfələrlə azaltmışıq. Mənim fikrimcə, polis əməkdaşlarının indiki sayı Azərbaycanın ictimai asayişinin qorunması nöqteyi-nəzərindən daha optimaldır", - deyə nazir qeyd edib.
"Polislərin sayının azaldılması düzgün olmazdı. Əvvəlcə anlamaq lazımdır: polislərin sayının azaldılması xalqa xeyir verəcək yoxsa ziyan?", - deyə R.Usubov qeyd edib.
Qeyd edək ki, digər MDB dövlətləri ilə müqayisədə, hər adambaşına düşən polis sayı çox azdır.