...

Jan Furne: "Dünyada təhlükəsizliyi təmin etmək üçün bütün ölkələr səylərini birləşdirməlidir"

Siyasət Materials 3 İyul 2006 16:30 (UTC +04:00)

"NATO barışdırıcı polis rolunu oynamağa hazırlaşmır. Bu təşkilat yalnız dünyada təhlükəsizliyin təmin olunmasında ölkələrin səylərini birləşdirmək istəyir". Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 3-də Bakıda NATO beynəlxalq məktəbinin yay sessiyasında təşkilatın baş katibinin müavini Jan Furne bəyan edib.

J.Furne qeyd edib ki, kollektiv təhlükəsizliyə nail olmaq üçün bütün ölkələr demokratiyanın qurulması, insan haqları və azadlıqlarına hörmət kimi ümumi məqsədi dərk etməlidir. Bunun üçün bütün ölkələrə terrorçuluq, trafikinq və narkotik alveri ilə mübarizədə səylərini birləşdirmək lazımdır.

Qeyd edək ki, tədbir NATO İctimai Diplomatiya şöbəsinin yardımı ilə Azərbaycan hökuməti tərəfindən təşkil olunub. Bu tədbir iyulun 8-dək davam edəcək "NATO həftəsi" çərçivəsində keçirilir.

Sessiyada Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Norveç, Fransa, Gürcüstan və İtaliya səfirləri, Türkiyə səfirliyinin nümayəndəsi, o cümlədən NATO beynəlxalq məktəbi proqramının dünyanın müxtəlif ölkələrindən olan 40 iştirakçısı iştirak edib.

J. Furne qeyd edib ki, sessiyanın keçirilməsində məqsəd dünyada təhlükəsizliyin təmin olunması və bu işdə NATO-nun rolu barədə gənc nəsillə fikir mübadiləsi aparmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti