...

Cahandar Bayoğlu: "Güney Azərbaycanda həbs olunan hərəkatçıların azadlığa çıxması uğrunda mübarizəyə başlanılıb"

Siyasət Materials 7 İyul 2006 14:56 (UTC +04:00)

Güney Azərbaycanda baş qaldıran milli hərəkat nəticəsində soydaşlarımızdan 24-ü şəhid olub, 700-ə yaxını isə həbs olunub. Trend xəbər verir ki, bu barədə Güney Azərbaycan Milli Hərəkatı Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu Güney Azərbaycanda baş verən hadisələrlə bağlı iyulun 7-də keçirdiyi mətbuat konfransında bildirib.

C.Bayoğlu bildirib ki, iyunun 29-30-də Babək qalasına yürüş zamanı 30-a yaxın soydaşımız həbs olunub: "Fars rejimi Güneydə baş qaldıran milli hərəkatı boğmaq istiqamətində bütün gücünü səfərbər edib. Milli hərəkatçıların guya ABŞ-dan maliyyələşdirilməsi məsələsini ortaya atıb. Ancaq soydaşlarımızın öz hüquqlarının müdafiəsi uğrunda apardığı mübarizədən bir addım da geri çəkilmək fikri yoxdur".

C.Bayoğlu onu da bildirib ki, milli hərəkatın liderlərindən sayılan Əhməd Heydəroğlu, Həsən Azərbaycani, Həmin İmani, Həsən Ər və başqaları həbsxanalarda işgəncələrə məruz qalırlar. C.Bayoğlu onu da qeyd edib ki, indi Güney Azərbaycanda milli hərəkatın qarşısı rejim tərəfindən amansızcasına alınsa da, həbs olunan hərəkatçıların azadlığa çıxması uğrunda hərəkat başlanıb.

Xəbər lenti

Xəbər lenti