...

Sabir İlyasov: "AZAL aviadaşımaların təhlükəsizliyinə böyük diqqət yetirir"

Siyasət Materials 10 İyul 2006 12:27 (UTC +04:00)
Sabir İlyasov: "AZAL aviadaşımaların təhlükəsizliyinə böyük diqqət yetirir"

MDB-nin dövlətlərarası aviasiya komitəsi Airbus-310 təyyarələri ilə daşımaların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı AZAL DK-ya tövsiyə göndərməyib. AZAL təyyarələrdən normativlərə uyğun olaraq istifadə edir və müntəzəm olaraq müxtəlif yoxlamalar həyata keçirir. Bu barədə Trend ə AZAL DK-nın vitse-prezidenti Sabir İlyasov məlumat verib.

"İndiki (yay) kütləvi uçuş dövründə AZAL əvvəllər olduğu kimi, hava uçuşlarının təhlükəsizliyinə böyük diqqət yetirir", - deyə o bildirib.

Xatırladaq ki, "Sibir" aviaşirkətinin Moskvadan İrkutska N778 reysini həyata keçirən Airbus-310 təyyarəsi iyulun 9-da İrkutsk şəhərinin hava limanında qəzaya uğrayıb. Yerə enən zaman təyyarə uçuş-enmə zolağından kənara çıxaraq hava limanın hasarını dəlib keçib və şəxsi qarajların arasına girib. A-310 təyyarəsinin göyərtəsində 192 sərnişin və 8 heyət üzvü olub. RF FHN-nin son məlumatına görə, qəza nəticəsində 120 nəfər həlak olub, 54 nəfər isə xilas edilib.

Xəbər lenti

Xəbər lenti