...

Bakıda Azərbaycan və AB arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Proqramına dair danışıqların 3-cü raundu keçirilir

Siyasət Materials 17 İyul 2006 13:27 (UTC +04:00)

İyulun 17-də Bakıda AB və Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti (EPS) çərçivəsində Fəaliyyət Proqramına dair danışıqların 3-cü raundu başlayıb. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Danışıqlarda AB missiyasına Avropa Komissiyasının xarici əlaqələr üzrə Baş Direktorluğunun baş direktor müavini Fokion Fotiadis (Fokion Fotiadis) başçılıq edir. Danışıqlarda Azərbaycan tərəfinə isə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir. Danışıqlar 3 istiqamətdə - siyasət, infrastruktur və iqtisadiyyat üzrə aparılır. Bununla əlaqədar olaraq danışıqlarda Nəqliyyat və İqtisadi İnkişaf nazirliklərinin yüksək vəzifəli nümayəndələri iştirak edir.

Sənədin layihəsi 1-ci dəfə dekabrda Bakıda müzakirə olunub. Danışıqların 2-ci raundu isə martın 7-də Brüsseldə keçirilib. Məsləhətləşmələrin növbəti raundu mayın 15-də Bakıda keçirilməli olsa da, təxirə salınmışdı. Sənədlər AB-Azərbaycan əməkdaşlığı üzrə Şuranın noyabr iclasınadək razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti