...

Söz və mətbuat azadlığı, fikirlərin plüralizmi - Azərbaycan müstəqilliyinin əsas nailiyyətidir

Siyasət Materials 21 İyul 2006 13:46 (UTC +04:00)
Söz və mətbuat azadlığı, fikirlərin plüralizmi -  Azərbaycan müstəqilliyinin əsas nailiyyətidir

Söz və mətbuat azadlığı, fikirlərin plüralizmi - Azərbaycan müstəqilliyinin əsas nailiyyətidir. Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 21-də Milli jurnalistika gününə həsr edilmiş "İnformasiya cəmiyyətinin yaradılmasında mətbuatın rolu" mövzusunda "dəyirmi masa"da Azərbaycan ombudsmanı Elmira Süleymanova bildirib.

Ombudsman bildirib ki, söz və fikir azadlığı insan haqlarının ayrılmaz hissəsidir. Onun sözlərinə görə, Azərbaycanın İnsan haqları üzrə müvəkkilinin fəaliyyət istiqamətlərindən biri hər zaman KİV-lə işdən, jurnalist hüquqlarının qorunmasına böyük diqqətin verilməsindən ibarət olub. Ombudsman öz fəaliyyəti müddətində KİV üzrə qanunvericiliyin təkmilləşdirilməsi üzrə bir sıra təkliflər irəli sürüb.

E.Süleymanova həmçinin jurnalistlərə ipoteka kreditinin güzəştli şərtlərindən istifadə etmək imkanı yaratmaq barədə təşəbbüslə çıxış edərək, jurnalistlərin sosial hüquqlarına toxunub.

Yerli junralistikanın problemləri və onların həlli yolları prezidentin icra aparatının ictimai-siyasi şöbəsinin nümayəndəsi Ərəstun Mehdiyevin və Mətbuat şurası sədri Əflatun Amaşovun çıxışlarında başlıca yer tutub. "Dəyirmi masa" iştirakçıları mətbuatın siyasiləşməsi, reket jurnalistikası, bir sıra KİV orqanlarının məhkəmə işləri və s. kimi aktual problemləri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti