...

Deputat Azər Əmiraslanov avqustun 7-də Tallinə işgüzar səfərə gedib

Siyasət Materials 7 Avqust 2006 15:05 (UTC +04:00)

Milli Məclisin deputatı Azər Əmiraslanov avqustun 7-də Tallinə işgüzar səfərə gedib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

BMT İnkişaf Proqramının xətti ilə təşkil olunan səfər Avropa İttifaqı və Estoniyanın gömrük qanunvericiliyi, o cümlədən bu ölkənin Iergi və Gömrük Komitəsinin, Maliyyə Nazirliyinin fəaliyyəti ilə tanışlıq xarakteri daşıyır.

Avqustun 13-dək davam edəcək səfər proqramı çərçivəsində Estoniya hökuməti və parlamentinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti