...

Müasir Müsavat Partiyasının sədri avqustun 11-də Çin Xalq Respublikasına səfər edəcək

Siyasət Materials 9 Avqust 2006 14:39 (UTC +04:00)

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev avqustun 11-də Çin Xalq Respublikasına səfər edəcək. Bu barədə Trend ə MMP sədri H.Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, səfər Çin Xalq Respublikasının Xarici Ölkələrlə Dostluq Əlaqələri Assosiasiyasının dəvəti ilə həyata keçiriləcək: "Səfər inkişaf etmiş xarici ölkələrin mədəniyyət, elm və xalq təsərrüfatı sahəsindəki nailiyyətləri təbliğ etmək və öyrənmək məqədilə partiyamız tərəfindən planlaşdırılan səfərlər proqramına daxildir".

Partiya sədri onu da bildirib ki, səfər çərçivəsində o, Pekin və Şanxay şəhərlərində siyasi partiya liderləri və iş adamları ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti