...

Azərbaycan və Gürcüstan dövlət borcunun restrukturlaşdırılması üzrə saziş imzalayacaq

Siyasət Materials 10 Avqust 2006 14:07 (UTC +04:00)
Azərbaycan və Gürcüstan dövlət borcunun restrukturlaşdırılması üzrə saziş imzalayacaq

Gələn həftə Gürcüstanın Azərbaycana olan dövlət borcunun restrukturlaşdırılması üzrə saziş imzalanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

O qeyd edib ki, hazırda kreditlər üzrə faizlərin verilməsinə görə gürcü tərəfi ilə heç bir problem yoxdur. Maliyyə naziri əlavə edib ki, rəsmi Tbilisinin müraciətini nəzərə alaraq, iki ölkə ekspertləri xüsusi saziş hazırlayıb. Bununla əlaqədar, gələn həftə birgə hökümətlərarası komissiyanın növbəti iclası keçiriləcək və burada həmin sənəd imzalanacaq.

Xəbər lenti

Xəbər lenti