...

YUNESKO-nun baş katibi Koitiro Masuura Astanaya gələcək

Siyasət Materials 15 Avqust 2006 11:09 (UTC +04:00)

Hörmətli qonaq cari ilin sentyabr ayının ortalarında keçiriləcək dünya dinləri liderlərinin ikinci qurultayında iştirak etmək üçün dövlət başçısı Nursultan Nazarbayevin dəvəti ilə Qazaxıstana gələcək.

YUNESKO-nun başçısı həmçinin Korqaljino qoruğunda da olacaq. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə meşə və ovçuluq təsərrüfatı komitəsinin sədrinin birinci müavini İqor Koval bildirib.

"K.Masuura Astananın yaxınlığında yerləşən Korqaljino qoruğunda olmaq istədiyini bildirirərək, Qazaxıstan DİN-ə müraciət edib", - deyə İ.Koval xəbər verib.

Onun sözlərinə görə, Korqaljinoda olmaq istəməsinin səbəbi Qazaxıstanın bu qoruğu Ümumdünya irsi qoruqlarının siyahısına daxil etmək fikrində olması ilə əlaqədardır.

Kurqaljino qoruğu flaminqonun ən şimal koloniyası olması ilə məşhurdur. Yazda onlar bura uçub gəlir, yuva qurur və payızda Afrikaya qayıdırlar. Suda üzən quşların köç etdikləri yol bu qoruqdan keçir.

"Kurqaljinonun bu siyahıya daxil edilməsi üçün sorğu artıq beşinci il verilir. İmtina etmənin səbəbi budur ki, Nura çayında o vaxt civə tapılıb və bu məsələnin həlli ilə müvafiq qurumlar məşğul olub", - deyə Koval bildirib.

Xatırladaq ki, Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO) Baş konfransı tanınmış yapon diplomatı K.Masuuranın namizədliyini təsdiq etdikdən sonra o, bu təşkilatın doqquzuncu baş katibi oldu.

Xəbər lenti

Xəbər lenti